İdman
AFFA “Sabah”ı və “Kəpəz”i “cərimə yağışı”na tutdu

AFFA İntizam Komitəsi "Sabah" klubunu 11 700 manat cərimələyib.
Publika.az xəbər verir ki, buna Azərbaycan Premyer Liqasının 6-cı tur çərçivəsində baş tutan "Sumqayıt"la matçda yaşananlar səbəb olub.
Oyununun gedişində işıq söndüyünə görə qarşılaşma 20 dəqiqə gecikdiyi üçün "Sabah" 1000 manat cərimə olunub.
Bakı klubu dörd futbolçusu sarı vərəqə aldığından əlavə 700 manat ödəməli olacaq.
90+4-cü dəqiqədə "Sabah"ın məşqçisi Castinas Qasiunas hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klub 10 000 manat ziyana düşüb.
İntizam Komitəsi eyni zamanda "Kəpəz" klubunu 5000 manat cərimələyib. Buna Premyer Liqanın 6-cı turunun "Turan Tovuz"la oyununda azarkeşlərin rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi səbəb olub.
Heybət
-
Kriminal18:30
Saxta orden və medal təsis edən QHT sədrləri saxlanıldı
-
Magazin116:32
Cabir İmanovun həyat yoldaşı görün kim imiş - FOTO
-
Rəsmi xronika16:30
İlham Əliyev və xanımı İtaliya prezidenti ilə açılışda iştirak etdi - YENİLƏNDİ
-
Maraq dünyası15:53
Məşhur milyarder neçə övladı olduğunu bilmir: 15 il əvvəl bir dostu arvadı ilə...
-
Sosial14:56
Qiyməti artan, xidmət keyfiyyəti "yüksələn" marşrut: Rahatlıq yoxdur - VİDEO
-
Sosial14:37
Bu gün açılışı olan universitetdən - FOTOLAR
-
İdman13:42
Haaland sevgilisi ilə belə tanış olub: Mən onu yox, o məni "bişirdi" - FOTOLAR
-
Sosial12:48
Sərnişinlərin nəzərinə: Avtobusda ödəniş edərkən buna diqqət yetirin - FOTO