İdman
“Qarabağ” layiqli qələbə qazandı” - “Kopenhagen”in baş məşqçisi

Çempionlar Liqasının Liqa mərhələsinin II turunun “Qarabağ” – “Kopenhagen” oyunundan (2:0) sonra qonaq komandanın baş məşqçisi Yakub Neestrup jurnalistlərin suallarını cavablandırdı.
Publika.az xəbər verir ki, mütəxəsəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü.
– Konfransa gec gəlməyiniz nə ilə bağlı idi?
– Digər kanallara müsahibə verirdik.
– Gözlədiyiniz “Qarabağ”ı gördünüzmü?
– Bəli. Əvvəldən “Qarabağ”ın gücünü bilirdik. Çətin oyun olacağını bilirdik. Matça yaxşı başlamadıq, “Qarabağ” ilk hissədə mükəmməl oynadı. İkinci hissədə dəyişikliklər etdik və aktivləşdik. Şanslarımızı dəyərləndirə bilmədik. Fasilədən sonra “Qarabağ”dan bir az yaxşı oynadıq. Ümumi olaraq, bərabərliyə nail ola bilərdik, ancaq alınmadı. “Qarabağ” layiqli qələbə qazandı.
– 8 il əvvəl də “Qarabağ”a məğlub olmuşdunuz. Bu komandanı ən güclü rəqibləriniz arasında görürsünüz?
– Deyə bilərik. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Belə çətin olacağını bilirdik. “Qarabağ”ın Avropa təcrübəsi var. Heyətlərində mükəmməl, yüksək texnikalı futbolçular yer alıb. Baş məşqçiləri Qurban Qurbanovu da qeyd etməliyəm. Neçə ildir, klubun “sükanı arxasında”dır. “Qarabağ” bu gün mükəmməl olduğunu göstərdi.
– Azarkeş dəstəyi “Qarabağ”ın qələbəsində nə dərəcə rol oynadı?
– Məğlubiyyətin atmosferlə əlaqəsi yoxdur. Çempionlar Liqasında belə atmosferlərlə tanışıq. Enerjini hiss etdim. Mükəmməl atmosfer var idi. Başa düşdük ki, bütün azarkeşlər “Qarabağ”la fəxr edirəm.
– “Qarabağ” pley-offa düşə bilərmi?
– Sürprizlər ola bilər. İnkişaf vacibdir. “Qarabağ” da pley-offa düşə bilər. Biz də məğlub olmağımıza baxmayaraq, hər şeyin sonu deyil.
– İlk hissədən sonra nələri dəyişmək istədiniz və nə alınmadı?
– İlk hissədə yaxşı deyildik, topa sahib ola bilmirdik, təzyiq altında idik. Ona görə dəyişikliklər etdim. 4-4-2 sistemində oynayırıq. İkinci hissədə aqressiv olmağa çalışdıq. Yaxşı şanslarımız oldu, amma istifadə edə bilmədik.
Heybət
-
İdman00:05
Qurban Qurbanov: O yerlərdə olmaq möhtəşəmdir
-
Rəsmi xronika1 Oktyabr 23:21
İlham Əliyev "Qarabağ"ı təbrik etdi
-
İdman1 Oktyabr 23:11
"Qarabağ" - "Kopenhagen" oyununun ən yaxşı futbolçusu - Foto
-
İdman1 Oktyabr 22:38
"Qarabağ" yenə tarix yazdı: "Kopenhagen"i də məğlub etdi - YENİLƏNDİ
-
Avropa1 Oktyabr 20:20
Siyasətimizdən və ölkəmizdən rədd ol! - Nazirdən İlon Maska sərt mesaj
-
Ekologiya1 Oktyabr 19:40
Bakıda külək gücləndi - Faktiki hava
-
Kriminal1 Oktyabr 18:30
Saxta orden və medal təsis edən QHT sədrləri saxlanıldı
-
Magazin11 Oktyabr 16:32
Cabir İmanovun həyat yoldaşı görün kim imiş - FOTO