İdman
Deşam Azərbaycanla oyun haqda danışdı: Düşünürsünüz ki, qazanacağıq, amma...

“Mən yaxşı başa düşürəm, siz düşünürsünüz ki, biz oyunu qazanacağıq. Amma bu, rəqibi ciddiyə almamaq demək deyil”.
Publika.az xəbər verir ki, bu sözləri Fransa milli komandasının baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsində doğma meydanda Azərbaycan yığması ilə baş tutacaq oyun haqqında danışarkən deyib. O, Azərbaycan millisini təhlil etdiklərini bildirib:
“Əlbəttə, biz onları müdafiəyə məcbur edəcəyik, bu mümkündür. Bu 3 xal sentyabrda qazandığımız 6 xal qədər vacibdir. Mən rəqib komandanı böyük ehtiras və dəqiqliklə təhlil edən Texniki Direktorluğun mütəxəssislərinə güvənirəm. Məqsəd həm kollektiv, həm də fərdi baxımdan maksimum məlumat əldə etməkdir. Azərbaycan millisinin oyunları izlənilir Bu, yüksək səviyyəyə məxsus bir xüsusiyyətdir – hörmət və təvazökarlığa sahib olmaq”.
Qeyd edək ki, Fransa - Azərbaycan matçı oktyabrın 10-da Parisin “Park de Prins” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Heybət
-
Rəsmi xronika12:25
İlham Əliyev Berdiməhəmmədov ilə görüşdü - FOTO
-
Sosial12:02
AZAL-ın idarə rəisi vəfat etdi
-
Hadisə11:24
Sərxoş kişini sancan gürzə dərhal öldü: Arvadının qarşısına elə fakt qoydu ki...
-
Hadisə11:12
DYP Şabranda baş verən ağır qəzanın görüntülərini yaydı - VİDEO
-
MDB10:18
Rusiya Kiyev ətrafına terrorçu partizanlar göndərdi: Dəmir yolunu partladıblar
-
Region10:06
Türkiyədən acı xəbər gəldi: 5 ölü, 10-dan çox yaralı
-
Avropa09:12
Pensiya yaşı artırılır: Mərhələli şəkildə 73-ə qaldırılacaq
-
Nəqliyyat08:24
Bakıda bu yollarda tıxac var - Siyahı