Fransa parlamentindən Makronun impiçmenti barədə QƏRAR
Bizi izləyin

Dünya

Fransa parlamentindən Makronun impiçmenti barədə QƏRAR

Fransa Milli Assambleyasının Bürosu Emmanuel Makronun impiçmenti haqqında qanun layihəsini qəbul etməyib.

Publika.az xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.

Bildirilib ki, ifrat solçu “Yalmaz Fransa” (LFI) partiyasından olan parlament üzvləri və ekoloqlar tərəfindən imzalanan qanun layihəsi Milli Assambleya Bürosu tərəfindən “qəbuledilməz” hesab edilib.

Qeyd edək ki, Fransada parlamentin 104 müxalifət üzvü ölkədəki siyasi böhranın səbəbkarı hesab etdikləri Emmanuel Makronun impiçmentini tələb etmişdi. Müxalifət 2024-cü ildə Makrona qarşı impiçment prosedurunu başlatmağa cəhd etsə də, buna nail ola bilməyib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm