“Liverpul” formasını geyindiyi üçün işdən qovuldu - VİDEO
Bizi izləyin

İdman

“Liverpul” formasını geyindiyi üçün işdən qovuldu - VİDEO

Londonda avtobus sürücüsü “Liverpul” futbolkasında işə gəldiyi üçün qovulub.

Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Oktyabrın 4-də “Liverpul” Premyer Liqanın 7-ci turunda Londonda “Çelsi”yə 1:2 hesabı ilə uduzub. “Qırmızılar”ın azarkeşi olan sürücü İsaak matça gedə bilmədiyi üçün sevimli komandasına dəstəyini göstərmək məqsədilə işə “Liverpul” futbolkası ilə çıxıb.

Lakin bu qərar onun üçün problem yaradıb. Matçdan sonra “Çelsi” azarkeşlərindən ibarət qrup sürücünü “Liverpul” formasında görüb və avtobusa hücum edib.

“Videoya baxanda gülməli görünür, amma əslində qorxuluydu. Onlar avtobusumu tam mühasirəyə almışdılar, qapıları bağlı saxlamalı oldum. Xoşbəxtlikdən, polis onları uzaqlaşdırdı və mən depoya qayıda bildim”, – deyə 21 yaşlı İsaak bildirib.

Sürücünün işəgötürəni onun bu davranışını qayda pozuntusu kimi qiymətləndirib, hərəkət cədvəlinin ciddi şəkildə pozulduğunu əsas gətirərək onu işdən azad edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm