İdman
III MDB Oyunlarının bağlanış mərasimi keçirildi - Yeniləndi

III MDB Oyunlarının rəsmi bağlanış mərasimi keçirilib.
Publika.az xəbər verir ki, mərasim Gəncə şəhər stadionunda təşkil olunub.
Tədbirdə dövlət rəsmiləri, MDB ölkələrinin nümayəndə heyətləri, idmançılar, məşqçilər və tamaşaçılar iştirak ediblər.
Mərasim MDB ölkələrinin bayrağının endirilərək yarışın İcraiyyə Komitəsinin nümayəndələrinə verilməsi ilə başlayıb. Bayrağı Oyunlarda qızıl medallar qazanmış Azərbaycan idmançıları - Nihad Rəhimov (sambo), Maqsud Mahsudov (batut gimnastikası), Turqut Həsənov (karate), Tərlan Qurbanəliyev (çövkən), Oqtay Hüseynov (üzgüçü), Əli Nəzərov (güləş), Humay Dadaşova (taekvondo), Gülər Hüseynova (boks) və Könül Eyvazlı (cüdo) təhvil veriblər.
Daha sonra çıxış edən III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov yarışların yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.
Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasim bədii hissə ilə davam edib.
***
III MDB Oyunlarının rəsmi bağlanış mərasimi keçirilir.
Publika.az xəbər verir ki, mərasim Gəncə şəhər stadionunda təşkil edilir.
Tədbirdə dövlət rəsmiləri, MDB ölkələrinin nümayəndə heyətləri, idmançılar, məşqçilər və tamaşaçılar iştirak edirlər.
Qeyd edək ki, Azərbaycan oyunları 33-ü qızıl, 56-sı gümüş, 95-i isə bürünc olmaqla, ümumilikdə 184 medalla başa vurub.
-
Dünya20:56
Qəzzada atəşkəs bu gün elan olunan bilər - Hakan Fidan
-
Hadisə20:20
Polkovnik-leytenantın oğlunu öldürən şəxs polisə təslim oldu - Foto/Yeniləndi
-
Ekopublika.az18:50
Adnan Əhmədzadənin Maltadakı şirkəti ilə bağlı YENİ DETALLAR
-
Hadisə18:20
İmişlidə toyda 73 nəfərin zəhərlənməsinin səbəbi açıqlandı
-
Rəsmi xronika17:17
İlham Əliyev fərman imzaladı
-
Sosial15:53
İcra başçısı əyləşib, şəhid anası, qazilər də ayaq üstə - FOTOLAR
-
Sosial15:17
Rəhbər şəxslər kütləvi şəkildə işdən çıxır - Metropolitendə nə baş verir?
-
İdman14:18
Azərbaycanla oyundan əvvəl fransalı futbolçuların dəb şousu - FOTOLAR