İdman
Azərbaycanla oyunda zədələnən Mbappe İslandiya ilə oyunu buraxacaq

Madridin "Real" klubunun hücumçusu və Fransa millisinin kapitanı Kilian Mbappe zədəsinə görə 2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsində İslandiya yığmasına qarşı keçiriləcək qarşıdakı oyunda iştirak etməyəcək.
Publika.az xəbər verir ki, bu barədə AFP agentliyi komandanın məşqçilər heyətinə istinadən məlumat yayıb.
Məlumata görə, Mbappe 13 oktyabrda baş tutacaq oyunu sağ topuq zədəsinə görə buraxacaq. O, bu xəsarəti oktyabrın 10-da Azərbaycan yığmasına qarşı ev oyununda alıb. Futbolçu eyni zədəni 4 oktyabrda İspaniya çempionatının səkkizinci turunda "Vilyarreal" klubuna qarşı matçda da almışdı.
2026-cı ilin dünya çempionatı 11 iyun–19 iyulda ABŞ, Meksika və Kanadada keçiriləcək.
-
Maraq dünyası12:10
Nəhəng uşaq dünyaya gəldi - FOTO
-
MDB10:35
17 yaşlı ana gizli doğduğu körpəni vəhşicəsinə öldürüb küçəyə atdı
-
ABŞ10:09
Xəstəxanada dəhşət: Həkimləri HİV-ə yoluxdurdu - FOTO
-
MDB09:25
Generalın evindən 180 minlik gümüş "poqon" tapıldı - FOTOLAR
-
Dünya08:24
7,4 ballıq zəlzələdən sonra 700-dən çox yeraltı təkan qeydə alındı - Ölənlərin və yaralananların sayı artır
-
Magazin204:30
Məşhur müğənni konsert zamanı hücuma məruz qaldı - Video
-
ABŞ02:43
Trampı qəzəbləndirən məktub - Cavab olaraq 100% rüsum tətbiq edəcək
-
Qoroskop02:19
Günün ulduz falı: Ailə və ev məsələləri önə çıxacaq