Prezident hakimləri paltardəyişmə otağına buraxmadı
Bizi izləyin

İdman

Prezident hakimləri paltardəyişmə otağına buraxmadı

“Baskoniya” basketbol klubunun prezidenti Hosen Kereheta Avroliqanın adi mövsümündə “Panatinaikos”la oyunda qeyri-adi insidentə səbəb olub.

Publika.az xəbər verir ki, “Gazzetta.gr”ın rəsmi matç hesabatına istinadən verdiyi məlumata görə, hakimlər fasilə zamanı Kerehetanın hərəkətləri səbəbindən paltardəyişmə otağına daxil ola bilməyiblər.

Bildirilir ki, “Baskoniya” prezidenti paltardəyişmə otağının girişində dayanıb və hakimlərin içəri girməsinə mane olub, onlar bunun səbəbini anlamağa çalışarkən gərginlik yaranıb.

Bir neçə dəqiqə sonra prezident inadından əl çəkib və hakimlər otağa daxil ola bilib.

İkinci hissədən əvvəl İspaniya komandasının nümayəndəsi prezidentin davranışına görə hakimlərdən üzr istəyib.

Matçın qalan hissəsi insidentsiz davam edib və nəticədə “Panatinaikos” 86-84 hesabı ilə qalib gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm