İdman
Mahir Emreli paylaşım etdi: Mənim üçün asan dövr deyil

"Hazırda mənim üçün asan dövr deyil və hər şey olmalı olduğu kimi getmir".
Publika.az xəbər verir ki, bu sözləri Almaniyanın "Kayzerslautern" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli şəxsi instaqram hesabında yazıb.
28 yaşlı hücumçu II Bundesliqa təmsilçisindəki durumundan bəhs edib:
"Klubumda məndən asılı olmayan səbəblərdən son zamanlarda oynamıram… Bu da milli komandada oyunuma öz təsirini göstərir. Amma heç vaxt ruhdan düşmürəm. Səbrimlə, inamımla, məşqlərimlə öz işimə köklənirəm. Bu yolda mənə ən böyük dayaq, milli komandam, baş məşqçimizin etimadı və dəstəyi oldu. Onların bu güvəni mənim üçün həm məsuliyyət, həm də motivasiyadır. Vacib olan dayanmamaqdır. Heç bir yol asan deyil… Son üç oyun da məhz bu cür, yeni və ümidverici bir yolun başlanğıcıdır".
Emreli azarkeşlərə də müraciət edib:
"Təbii ki, bu yol da asan olmayacaq. Amma siz əziz azarkeşlər, bizim üçün sadəcə tribunadakı səs deyilsiniz. Siz bizim meydandakı iradəmiz, gücümüz və qürur mənbəyimizsiniz. Yaxşı günlər qarşıdadır".
Heybət
-
Rəsmi xronika13:18
İlham Əliyev üç fərman imzaladı
-
Sosial13:12
“Ramiz Mehdiyevin mənə nə dəxli var?” – Əli Həsənov danışdı
-
İdman12:25
Atası Lalənin sirrini açdı: Ağladı, çünki Bakı yadına düşmüşdü
-
Nida Xəbər 11:42
Ramiz Mehdiyevin ailə bankı ciddi zərər gördü
-
Nida Xəbər 10:18
Ramiz Mehdiyevin qızı bu vəzifənin sahibidir
-
Magazin109:48
Zaur Baxşəliyev məhkəmədə ifadə verdi: Efirdəki bu sözünə görə
-
Nida Xəbər 09:24
Ramiz Mehdiyevin biznes imperiyası: Görün nələri var
-
Dünya09:00
Pakistan-Əfqanıstan sərhədində şiddətli döyüşlər başladı