Premyer Liqada futbolçular aksiya keçirəcəklər
Bizi izləyin

İdman

Premyer Liqada futbolçular aksiya keçirəcəklər

İngiltərə Premyer Liqasında çıxış edən futbolçular qarşıdakı həftəsonu irqçiliyə qarşı aksiya keçirməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Komandaların oyunçuları matçlar başlamazdan əvvəl diz üstə çökəcəklər. Bu, 2025/26 mövsümündə belə bir addımın atıldığı ilk hal olacaq. Aksiyanı bütün 20 klubun kapitanı dəstəkləyib, lakin futbolçulara iştirak edib-etməmək qərarını sərbəst şəkildə vermək hüququ tanınıb.

Bildirilir ki, İngiltərə qadınlar çempionatında futbolçular diz üstə çökmək qərarından imtina ediblər. Onlar hesab ediblər ki, bu simvol artıq əvvəlki mənasını itirib.

Qeyd edək ki, diz üstə çökərək etiraz aksiyaları idmanda 2020-ci ildən etibarən, "Black Lives Matter" hərəkatının yayılmasından sonra geniş vüsət alıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm