Mbappe Ronaldonun nailiyyətini təkrarladı
Bizi izləyin

İdman

Mbappe Ronaldonun nailiyyətini təkrarladı

“Real” İspaniya çempionatının 9-cu turunda “Xetafe” üzərində qələbə qazanıb. Oyun 1:0 hesabı ilə Madrid klubunun xeyrinə başa çatıb.

Publika.az xəbər verir ki, görüşün yeganə qolunu Kilian Mbappe vurub. Fransalı hücumçu klub və yığma səviyyəsində artıq ardıcıl 11 oyunda azı bir qol vurur. Mbappenin La Liqada mövsümün ilk doqquz oyunundan sonra hesabında 10 qol var.

"Opta"nın məlumatına görə, bu məhsuldarlığa sonuncu dəfə “Real”ın sabiq ulduzu Kriştiano Ronaldo 2014/15 mövsümündə nail olub. O zaman portuqaliyalı forvard ilk doqquz oyunda 17 qol vurmuşdu.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm