Qvardiola türkiyəli ulduzu istəyir
Bizi izləyin

İdman

Qvardiola türkiyəli ulduzu istəyir

"Real"ın türkiyəli yarımmüdafiəçisi Arda Güler "Mançester Siti"nin maraq dairəsinə düşüb.

Publika.az xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb.

Bildirilir ki, İngiltərə klubu Avropanın ən istedadlı gənc oyunçularından biri sayılan 19 yaşlı futbolçunu transfer etməyi nəzərdən keçirir. Bu, "şəhərlilər"in baş məşqçisi Pep Qvardiolanın istəyidir.

Lakin Madrid klubunun rəhbərliyi açıq şəkildə bildirib ki, Arda Güler heç bir halda komandadan ayrılmayacaq.

Güler 2023-cü ilin yayında "Fənərbağça"dan "Real"a keçib. Bu mövsüm o, "qalaktikos"un heyətində bütün turnirlərdə 11 oyuna çıxaraq 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalının qiymətləndirməsinə görə, futbolçunun bazar dəyəri 60 milyon avrodur.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm