"Real"ın ulduzu bu tarixdə qayıdacaq
Bizi izləyin

İdman

"Real"ın ulduzu bu tarixdə qayıdacaq

"Real" klubunun müdafiəçisi Trent Aleksander-Arnoldun zədəsininin tam sağalacağı vaxt məlum olub.

Publika.az xəbər verir ki, bu barədə "Diario AS" məlumat yayıb.

İngilis futbolçu sabiq komandası "Liverpul"la matça tam hazır olacaq. Oyun noyabrın 4-də UEFA Çempionlar Liqasının 4-cü turu çərçivəsində "Enfild" stadionunda keçiriləcək.

Aleksander-Arnold zədəsi səbəbindən La Liqada 5 , Çempionlar Liqasında isə 1 oyunu buraxıb. O, sonuncu dəfə ÇL-in 1-ci turunda - "Marsel"lə (2:1) oyunda iştirak edib.

Trent "Liverpul"dan "Real"a yayda - klublararası dünya çempionatı ərəfəsində əlavə transfer pəncərəsində keçib. Məlumata görə, Madrid klubu oyunçunun müqaviləsinin bitməsinə bir ay qalmış keçidinə 10 milyon avro ödəyib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm