Nida Təhlil
Ordumuzun nəzarəti, ermənilərin kütləvi köçü... - Göyçədə real vəziyyət necədir?
Ermənistan mediasının Göyçə mahalından hazırladığı reportaj Azərbaycanın tarixi torpaqlarındakı real mənzərə ilə tanış olmaq baxımından diqqət çəkir.
Publika.az xəbər verir ki, “hetq.am” saytı Qeqrkunik (Göyçə) rayonunun Kaxek kəndindəki vəziyyəti işıqlandırıb.
Reportajda diqqətçəkən iki məqam var.
Birincisi, Azərbaycan ordusunun mövqeləridir: 2022-ci il sentyabr döyüşlərində nəzarəti bərpa etdiyimiz mövqelər Kaxek kəndi də daxil olmaqla, bölgəni izləmək imkanı yaradır.
İkincisi, Kaxek kəndi, ümumilikdə sərhədyanı bölgələrdə erməni əhalisinin sürətlə azalmasıdır.
Kənd sakini Artur dağları göstərərək, bildirir ki, əvvəllər Ermənistan ordusunun postları bu təpələrin başında idi: “İndi azərbaycanlılar oradadır, bizimkilər aşağıda. Erməni mövqeləri kəndin mərkəzindən düz xətt üzrə 3-3,5 kilometr, Azərbaycan mövqeləri isə 5 kilometr məsafədədir. Gündüzlər azərbaycanlıları aydın şəkildə görə bilirik, onlar da ətrafı adi gözlə izləyə bilirlər”.

Deportasiyaya məruz qalan azərbaycanlıların evləri
Erməni sakin etiraf edir ki, artıq kənddə, eləcə də ümumilikdə sərhədboyu ərazilərdə əhalinin sayı sürətlə azalır.
“2022-ci ildən sonra otlaqlar neytral zonaya çevrildi. Mal-qaranın sayı 50 faiz azalıb. Kəndin əhalisinin böyük hissəsi evlərini tərk ediblər. Gənclər də iş olmadığı üçün gedirlər. Buranın gələcəyi yoxdur”, - o bildirib.
Bu reportaj Azərbaycanın tarixi torpaqlarındakı vəziyyəti anlamağa imkan verir. Azərbaycanlılar öz yurdlarından deportasiya edildikdən sonra müxtəlif ərazilərdə ermənilər boş qalmış evləri mənimsəsə də, ərazilərin böyük hissəsi boş qalıb. Son dövrlər isə Qərbi Azərbaycanın sərhədə yaxın ərazilərində erməni əhalisinin sayı sürətlə azalır. Bu isə o deməkdir ki, azərbaycanlıların öz yurdlarına qayıdışının erməni əhalisinin həyatına mənfi təsiri olmayacaq, əksinə, Qərbi Azərbaycana qayıdış bölgədəki demoqrafik və sosial-iqtisadi vəziyyəti daha da yaxşılaşdıra bilər.
Asif
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin124 Oktyabr 21:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə24 Oktyabr 20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal24 Oktyabr 20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat


























.jpg)









