Camaat “Qarabağ”ı düz edir söyür
Bizi izləyin

Köşə

Camaat “Qarabağ”ı düz edir söyür

“Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində ilk dəfə məğlub oldu. Bilbaoda İspaniya nəhəngi “Atletik”ə.

Sosial şəbəkələrdə camaat peşəkarların oyunla bağlı paylaşımlarının üstünə tökülüb söyürlər “Qarabağ”ı da, futbolçuları da. Tənqid etmirlər ha, söyürlər.

Camaatın nə vaxtsa “Neftçi”ni, “Sabah”ı, “Zirə”ni söydüyünü görməmişəm. Bəs “Qarabağ”ı niyə söyür camaat?

“Zirə, “Neftçi”, “Sabah” bu camaatın özüdür, çox bənzəyirlər bir-birlərinə, bir almadır ki, yarı bölübsən elə bil.

Camaat “Neftçi”ni, “Sabah”ı, “Zirə”ni niyə söysün? Camaat özünü söyməz axı.

“Qarabağ” isə bu camaatdan deyil, heç bir bənzərliyi yoxdur, yadddır bu camaata.

Camaat özündən olmayanı, özünə bənzəməyəni niyə söyməsin ki... Camaat “Qarabağ”ı düz edir söyür.

Natiq Muxtarlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm