ABŞ
Tramp Ağ Evin bal zalına görün kimin adını verəcək
ABŞ Prezidenti Donald Tramp Ağ Evin yeni bal zalına öz adını vermək niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə ABC televiziya kanalı yüksək səviyyəli administrasiya rəsmilərinə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, iqamətgahın Şərq qanadının yerində yeni qəbul sahəsinin tikilməsi planlaşdırılır.
Tramp dəfələrlə Ağ Evdə irimiqyaslı tədbirlər üçün yerin olmadığını qeyd edərək, tikinti sahəsində böyük təcrübəyə malik olduğunu əsas gətirib. Layihənin 300 milyon dollara başa gələcəyi təxmin edilir.
Rəsmilərin artıq “Prezident Donald Trampın Balo Salonu” qeyri-rəsmi adından istifadə etdiyi bildirilir. Telekanalın məlumatına görə, tikinti üçün 350 milyon dollar toplanıb, lakin administrasiya rəsmiləri artıq vəsaitin taleyini açıqlamır.
Yeni auditoriyanın yerləşdirilməsi təklif edilən Ağ Evin Şərq Qanadı XX əsrin əvvəllərində tikilib və bir neçə dəfə təmir olunub. Tarixən binanın bu hissəsi birinci xanımlar və onların işçiləri üçün iş yeri kimi istifadə olunub.
Hüseyn İbadlı
-
Ekologiya07:17Bu gün yağış yağacaq
-
Magazin206:16Azərbaycanlı məşhur reper qəza törətdi - VİDEO
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Siz artıq doğru yoldasınız
-
Sosial00:00Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO




























.png)

.jpg)





