İdman
Əfsanəvi idmançı o qədər oğurluq edibmiş ki…
Cümə günü oğurluq və dələduzluqda təqsirli bilinən əfsanəvi biatlonçu Julya Simon, məhkəmədə aşkar ediləndən daha çox cinayət törətmiş ola bilər.
Publika.az xəbər verir ki, “Sport.de”nin məlumatına görə, bu barədə Fransa mətbuatına işə baxan prokuror məlumat verib.
Dövlət ittihamçısının izah etdiyi kimi, “yalnız” Justin Breza-Buşe və Fransanın biatlon komandasına yaxın olan digər iki şəxs Simona qarşı ittiham irəli sürsələr də, araşdırma nəticəsində məlum olub ki, komandanın digər idmançıları da onqat dünya çempionundan onlardan oğurluq etməsindən şübhələnirlər.
Prokuror Anais və Hloyi Şevalye bacılarının, Karoline Kolombo və Lu Janmonnonun adlarını çəkib.
Bacılar bəzi şəxsi əşyalarının, o cümlədən 50 avroluq əskinasın itdiyini bildiriblər. Kolombo da pulunun oğurlandığını iddia etdi. Janmonno, öz növbəsində, müstəntiqlərə bildirib ki, Simone ilə bir otel otağında qalarkən şəxsi əşyaları yoxa çıxıb. Lakin bu ifadələr son nəticədə cümə günü keçirilən məhkəmə iclasında heç bir rol oynamadı, çünki dörd biatlonçudan heç biri şikayət vermədi.
İstintaq zamanı müstəntiqlər aşkar ediblər ki, Simone oğurlanmış kredit kartlarından təxminən 3000 avro dəyərində mal almaq üçün istifadə edib.
Fransa qanunlarına görə maksimum cəza beş il həbs və 375 min avro məbləğində cərimə olardı. Simone üç aylıq şərti həbs cəzası alıb və 20 min avro cərimə edilib.
-
Avropa10:36Süni intellekt naziri “hamilədir”, görün neçə uşaq “doğacaq” - Albaniyada nə baş verir?
-
İdman09:48Dünyanı heyrətə gətirən qadın futbolçu: 8 aylıq hamilədir, amma... - FOTOLAR
-
İqtisadi gündəm09:23Açıqlandı: Gələn ildən pensiya kapitalı bu qədər artırılacaq
-
Hadisə08:49Səngəçalda dağlıq ərazidə köməksiz qalan şəxs belə xilas edildi - Video
-
Magazin207:35Bu görüntüləri yayıb reytinqli serialdan çıxdığını elan etdi - FOTO
-
MDB06:46Sosial mediada LGBT bayrağı paylaşdığı üçün həbs olundu
-
Sağlamlıq06:16Xurmadakı TƏHLÜKƏ: Kimlər uzaq durmalıdır?
-
Qoroskop01:40Günün ulduz falı: Hisslərinizi ifadə etməkdən çəkinməyin!














.jpg)

















.jpg)


