Nida Təhlil
Putinin çevriliş qorxusu: Narahat olmaq üçün dəhşətli səbəblər var
Ukrayna ilə müharibənin yaratdığı iqtisadi çətinliklər, artan ictimai narazılıq Rusiya prezidenti Vladimir Putinin mümkün çevrilişlə bağlı qorxularını artırıb.
Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Telegraph” qəzetinin analitik məqaləsində bildirilir.
Qərb analitikləri iddia edirlər ki, Rusiya prezidentinin narahat olmaq üçün getdikcə daha çox səbəbi var: Aİ və ABŞ yeni sanksiyalar tətbiq etməkdə davam edir, biznes yüksək faiz dərəcələri ilə iflic vəziyyətindədir, dövlət borcu artır, əmtəə qiymətləri yüksəlir.
Rusiyanın İqtisadi inkişaf naziri Maksim Reşetnikov xəbərdarlıq edir ki, iqtisadiyyat “resessiya astanasındadır”. “Rosstat”ın məlumatına görə, müharibə başlayandan bəri inflyasiya 40%-i keçib.
Rusiya Maliyyə Nazirliyinin proqnozuna görə, 2025-ci ildə Rusiya büdcəsinin kəsiri ÜDM-in 2,6%-nə və ya 5,7 trilyon rubla çata bilər ki, bu da planlaşdırılan 0,5%-dən 5 dəfə çoxdur. Nəşr qeyd edir ki, kəsiri ödəmək üçün hökumət vergiləri artırmalıdır.
ƏDV dərəcəsi 2026-cı ildən 22%-ə qədər artacaq və daxili borclanmanı əhəmiyyətli dərəcədə artırmalı olacaq ki, bu da dövlət borcunun artmasına səbəb olacaq.
“Ukraynanın neft emalı zavodlarına hücumu səbəbindən Rusiyanın neft gəlirləri azalır və benzinin qiyməti qalxır. Üstəlik, bank böhranı təhlükəsini də gözardı etmək olmaz”, - Harvard Universitetinin Rusiya və Avrasiya Araşdırmaları Mərkəzinin elmi işçisi Kreyq Kennedi deyir. Onun hesablamalarına görə, hərbi müəssisələrin borcu 190 milyard dollara çatır ki, bu da ölkənin illik büdcəsinin təxminən 37%-ni təşkil edir. Vəziyyət Çindən asılılığın artması və Qərbin sanksiyaları ilə daha da gərginləşir.
ABŞ prezidenti Donald Tramp bu yaxınlarda Rusiyanın ən böyük neft şirkətləri “Rosneft” və “Lukoyl”a qarşı Ukrayna ilə münaqişənin həllində irəliləyiş olmadığına görə sanksiyalar tətbiq edib. O vaxtdan bəri Rusiya neftinin əsas alıcıları olan Çin və Hindistan idxalı azaldıb və bu, Kremlin valyuta gəlirlərini azaldır.
Corctaun Universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa Araşdırmaları Mərkəzinin fəxri direktoru Angela Stentin sözlərinə görə, cavab olaraq Putinin ətrafı “Qərbin Rusiyanı parçalamağa çalışdığını göstərmək üçün müxalifəti gözdən salmaqla çıxış yolu axtarır” və bu, daxili qeyri-sabitlik dövründə standart taktikadır.
Nəşr xatırladır ki, oktyabrın 14-də FSB “Yukos”un keçmiş sahibi Mixail Xodorkovski və Müharibə Əleyhinə Komitənin 22 üzvünə qarşı ölkədə “konstitusiya quruluşunu dəyişdirmək” məqsədilə “hakimiyyətin zorla ələ keçirilməsini” planlaşdırdıqlarına görə cinayət işi açıb. Londonda mühacirətdə olan Xodorkovski özü ittihamları müxalifəti qorxutmaq məqsədi daşıyan “yalan” adlandırıb.
Tural
-
Yaxın Şərq13:01Bəşər Əsədə ölüm hökmü verildi
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib












.jpg)
























