ABŞ
Mesaj verdi: Əfqanıstanla Pakistanı çox tez barışdıra bilərəm
"Mən Əfqanıstan və Pakistan arasındakı münasibətlərdəki böhranı ölkələr arasında sülh danışıqları fonunda "çox tez" həll edə bilərəm".
Publika.az "Associated Press"ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
"Mən eşitdim ki, Pakistan və Əfqanıstan danışıqlara başlayıb", - deyən Ağ Ev rəhbəri qeyd edib ki, ancaq mən bu məsələni çox tez həll edəcəm.
Tramp Tailand və Kamboca arasında sülh sazişinin imzalanması zamanı şərhlər verib və əlavə edib ki, Pakistan liderləri “gözəl insanlardır”.
Qeyd edək ki, bu ayın əvvəlində Əfqanıstanda gedən döyüşlər onlarla insanın ölümünə və yüzlərlə insanın yaralanmasına səbəb olub.
Məlumatda qeyd olunur ki, Trampın bəyanatı, çox güman ki, Ağ Evlə daha sıx əlaqələr qurmağa çalışan ölkənin siyasi və hərbi rəhbərliyinə enerji verəcək.
Pakistan da Trampı bu il Hindistanla böhranın həllində oynadığı rola görə tərifləyib.
Qeyd edək ki, bir neçə saat əvvəl Pakistanın Əfqanıstanla həmsərhəd Hayber Paxtunxva əyalətində həyata keçirilən əməliyyat zamanı beş əsgər həlak olub.
Adəm
-
Magazin206:16Azərbaycanlı məşhur reper qəza törətdi - VİDEO
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Siz artıq doğru yoldasınız
-
Sosial00:00Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO
-
Region5 May 22:12Tehranda dəhşətli yanğın: çox sayda yaralı var - VİDEO




























.png)

.jpg)





