Messidən amerikalılara tövsiyə: Onlara azadlıq verilsəydi...
Bizi izləyin

İdman

Messidən amerikalılara tövsiyə: Onlara azadlıq verilsəydi...

"İnter Mayami"nin hücumçusu Lionel Messi ABŞ-nin yerli çempionatı olan MLS-in yenidən qurulması ilə bağlı fikirlərini bölüşüb.

Publika.az xəbər verir ki, argentinalı ulduz liqada rəqabətin güclənməsi üçün xüsusilə, maaş həddinin ləğv edilməsini təklif edib:

“Hər komanda istədiyi oyunçunu cəlb etmək və müqavilə imzalamaq imkanına malik olmalıdır. Bu, heç bir məhdudiyyət və ya qayda olmadan edilməlidir. Məncə, hazırda ABŞ-dəkı bütün komandalar bu imkana malik deyil. Əgər onlara belə azadlıq verilsəydi, çox daha çox ulduz futbolçu MLS-ə gələr və liqanın inkişafına töhfə verərdi”.

Qeyd edək ki, MLS-də “Təyin olunmuş oyunçu qaydası” qüvvədədir. Bu qaydaya əsasən, hər klub müəyyən sayda futbolçunu maaş həddindən kənar şərtlərlə transfer edə bilər. Liqada böyük bonus və mükafatlara da icazə verilmir. Bundan əlavə, keçidlərin reallaşması ilə bağlı çempionat rəhbərliyinin razılığı alınır. Təsdiq olmazsa, transfer reallaşmır.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm