Futbolda növbəti faciə: Baş məşqçi oyun vaxtı öldü - FOTOLAR
Bizi izləyin

İdman

Futbolda növbəti faciə: Baş məşqçi oyun vaxtı öldü - FOTOLAR

Serbiyanın "Radniçki" (Kraqoyevats) klubunun baş məşqçisi Mladen Jijoviç ötən gün Serbiya çempionatı oyununda huşunu itirərək dünyasını dəyişib.

Publika.az xəbər verir ki, 44 yaşlı mütəxəssis "Mladost"a qarşı matçın 24-cü dəqiqəsində özünü pis hiss edib. O, dərhal xəstəxanaya aparılsa da, həkimlərin səyləri nəticə verməyib. Hakim fasiləyə qədər oyunu dayandıraraq məşqçinin ölüm xəbərini elan edib. Bu anda bir çox futbolçular başlarını tutaraq meydançada diz çöküblər.

Mladen Jijoviç ölümündən əvvəl ürəkbulanmasından şikayətlənmiş, lakin bu, ciddi qəbul edilməmişdi. Şahidlərin sözlərinə görə, stadionda növbə çəkən tibb işçiləri hadisə yerinə çatanda onun dərisinin rəngi artıq göyərmiş və qaralmışdı. Jijoviç xəstəxanaya aparılsa da, reanimasiya tədbirləri nəticəsiz qalıb. Ölümün rəsmi səbəbi hələ açıqlanmayıb.

İlkin ehtimala görə, o, infarkt keçirib. Bildirilir ki, ürəkbulanma yüksək qan təzyiqinin və hipertonik böhranın simptomlarından biri ola bilər.

Jijoviç komandaya oktyabrın 23-də rəhbərlik etməyə başlamışdı. "Radniçki" hazırda turnir cədvəlində 10-cu yerdədir. O, əvvəllər Bosniyanın "Borats" və Şimali Makedoniyanın "Şkupi" klublarında çalışıb, futbolçu kimi isə Bosniya və Herseqovina yığmasında 2 oyun keçirib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm