İdman
Ronaldo milyarder olmasından danışdı: Anladım ki, pul vacibdir, amma...
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo dünyanın ilk milyarder futbolçusu olması ilə bağlı fikirlərini bölüşüb.
Publika.az xəbər verir ki, o, oktyabrın əvvəlində “Bloomberg” nəşrinin futbolçunun sərvətinin 1,4 milyard dollar həddinə çatdığını elan etməsinə münasibət bildirib:
“Bu, doğru deyil. Mən çoxdan milyarderəm (gülür). 39 yaşımda. Öz vəziyyətimdən xəbərdaram, bəli, tam dəqiqliklə yox, amma ümumilikdə bilirəm. Mənim maliyyə işlərimlə məşğul olan insanlar var. Hər gün əlaqə saxladığım bir nəfər var, biz birlikdə struktur, investisiya və imkanları müzakirə edirik. Hər şey mənim nəzarətimdədir. Axı bu, mənim həyatım, mənim pulumdur.
Milyarder olduğumu anlayanda nə hiss etdim? Bilirdim ki, bu, bir gün baş verəcək. Ona görə də hazır idim. Düzünü desəm, inanılmaz dərəcədə xoşbəxt idim. Bu, “Qızıl top”u qazanmaq kimidir. Hər kəsin məqsədləri olur - ev tikmək, maşın almaq və s. Mənim məqsədim isə bu səviyyəyə çatmaq idi. Pulun əsiri deyiləm, amma o, həyatın bütün sahələrində kömək edir.
Bir mərhələdən sonra pulun o qədər də fərqi qalmır. Amma etiraf edim, bir az artıq olması xoşdur. Axı biz insanıq. Heç vaxt sahib olduqlarımızla tam razı qalmırıq. Mən bir vaxt anladım ki, pul vacibdir, amma ondan da mühüm şeylər var”.
Heybət
-
İdman16:05Messinin həyat yoldaşı açıq-saçıq geyimdə FOTOSUNU paylaşdı
-
İdman15:46"Qarabağ" "Çelsi"yə qalib gəlsə: Görün futbolçular nə qədər mükafat alacaq
-
Dünya13:44Qalmaqal: Sərxoş kişi prezidenti küçədə öpmək istədi - VİDEO
-
Rəsmi xronika13:26İlham Əliyev sərəncam imzaladı
-
Dünya12:52Türkiyənin yeni dəhlizi İsraildə təşviş yaratdı: Təl-Əviv bölgədəki mövqeyini itirir
-
Sosial12:46Pensiya yaşı ilə bağlı deputatdan təklif: 3 və daha çox uşağı olanlar...
-
İdman12:40“Qarabağ”ın ingilislərlə 8-ci dueli: 10 illik həsrət bitəcək?
-
MDB11:30Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?
































