İdman
Samir Abasov üsyan etdi: Derbi oyunlarında belə ucuz penalti vermək olmaz!
“Neftçi”nin baş məşqçisi Samir Abbasov Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyun haqda danışıb.
Publika.az xəbər verir ki, o, 0:2 hesablı məğlubiyyəti belə şərh edib:
“Komanda bu gün pis oynamadı. Bir reallıq var ki, səfərdə “Qarabağ”a qarşı oynamaq çətindir. Birinci hissədə fikrimcə, yaxşı oynadıq və sona qədər davam etdirdik. Vensan Abubakarın da epizod yaratmamasına gəldikdə, “Qarabağ” elə-belə komanda deyil ki, tez-tez epizod yaradasan. Güclü hücumçularımız var və Abubakarın olması da oyunçularımızda böyük motivasiyadır.
Mənim fikrimlə razılaşmaya bilərsiz, ancaq belə derbi oyunlarında belə ucuz penalti vermək olmaz. Bu penalti bizə pis təsir etdi və bizi özümüzdən çıxardı. Hakim tərəfindən həmin penaltinin verilməsi böyük səhv idi.
Komandamdan çox razıyam. Fərqli “Neftçi”ni izlədik. Bu gün bu qədər insanın gəlməyinin səbəbkarı “Qarabağ”ın oyunu deyil, “Neftçi”nin oyunu idi, ümid vermişdik.
Emin Mahmudovun zədəsi var idi. Birinci hissədə bu özünü göstərdi. Bütün planlar Eminin meydandan çıxması ilə pozuldu”.
Heybət
-
Hadisə22:48Azərbaycanlı gənc Rusiyada qətlə yetirildi - FOTO
-
Dünya22:34"Üzüklərin hökmdarı" filminin çəkildiyi park yanır - Video
-
Region21:27Məktəblər bağlandı, insanlara çölə çıxmamaq tapşırıldı - İranda nə baş verir?
-
İdman20:00Derbidə “Xudayar təsnifi” səsləndirildi - VİDEO
-
İdman18:48Qəhrəmanlarımızın övladları "Qarabağ" - "Neftçi" matçında - Azərbaycan bayrağına büründülər
-
Yaxın Şərq16:39Keçmiş hərbi prokuroru zəhərləyiblər? - Həkimlər huşsuz halda aşkarladı
-
Digər15:58Bütöv şəhər yox oldu - VİDEO
-
MDB15:49SSRİ-nin məşhur şüarını o yaradıb, 92 yaşında öldü - FOTO


































.jpg)