İdman
DÇ-2026: Fransa və Portuqaliya bu gün "bilet" əldə edəcəklər?
Bu gün DÇ-2026-nın seçmə mərhələsinin Avropa zonasında son təsnifat oyunlarına start veriləcək.
Publika.az xəbər verir ki, ilk gündə 4 qrupda 8 matç baş tutacaq.
D qrupunda millimizin İslandiyanı qəbul edəcəyi barədə məlumat vermişdik. Qrupun digər matçında Fransa Ukraynanı qəbul edəcək. "Xoruzlar" bu görüşdə qələbə qazanacaqları təqdirdə mundiala vəsiqəni təmin edəcəklər.
F qrupunda Portuqaliya İrlandiya səfərinə yollanacaq. Kriştiano Ronaldonun kapitanı olduğu yığmaya DÇ-2026-a yollanmaq üçün 1 xal da kifayət edir.
I qrupunun lideri Norveç Estoniyanı qəbul edəcək. Mundiala vəsiqə şanslarını qoruyan İtaliya yığması isə Moldovanın qonağı olacaq.
K qrupunda isə İngiltərə millisi mundiala vəsiqəni erkən qazanıb. Pley-offa yollanmaq şansı qazandıran ikinci yer üçün Albaniya və Serbiya arasında mübarizə gedir.
DÇ-2026 seçmə mərhələ: Avropa zonası
13 noyabr
D qrupu
21:00 Azərbaycan - İslandiya
23:45 Fransa - Ukrayna
Xal durumu: Fransa 10, Ukrayna 7, İslandiya 4, Azərbaycan 1.
F qrupu
21:00 Ermənistan - Macarıstan
23.45 İrlandiya - Portuqaliya
Xal durumu: Portuqaliya 10, Macarıstan 5, İrlandiya 4, Ermənistan 3.
I qrupu
21:00 Norveç – Estoniya
23:45 Moldova - İtaliya
Xal durumu: Norveç 18 (6), İtaliya 15 (6), İsrail 9 (7), Estoniya 4 (7), Moldova 1 (6).
K qrupu
23:45 Andorra – Albaniya
23:45 İngiltərə - Serbiya
Xal durumu: İngiltərə 18 (6), Albaniya 11 (6), Serbiya 10 (6), Latviya 5 (7), Andorra 1 (7).
-
MDB10:11Rusiya ərazisi vuruldu, ölənlər var
-
Sosial09:40Azərbaycanlıların yeni daşınmaz əmlak bazarı: Görün hansı ölkədə ev alırlar
-
MDB09:30Paytaxt üçün güclü şaxta proqnozu verdilər...
-
Sosial08:15Yas mərasimlərində yeni TREND - "Bu, dinin qaydalarından kənara çıxmaqdır"
-
İdman07:15Nəriman Axundzadə kimin nəvəsidir? - Qiyməti və maaşı...
-
Magazin205:15Hande Erçelin yeni sevgilisi - Özündən 13 yaş böyükdür
-
ABŞ03:44Dünyanın ən nüfuzlu insanlarının əsl üzünü göstərən 95 min yeni şəkil... - Epşteyn işi
-
Qoroskop02:00Günün ulduz falı: Bu bürcün maliyyə vəziyyəti yaxşılaşacaq
































