İdman
6:1 – Enrike məşhur oyundan əvvəl “Barsa”lılara nə deyib?
Samuel Umtiti “Barselona”nın 2017-ci ildə Çempionlar Liqasında PSJ ilə cavab oyununa necə hazırlaşdığı haqda danışıb. Parislilər 1/8 finalın ilk oyununda 4:0 hesabı ilə qalib gəlmişdi. Cavab oyununda kataloniyalılar əzmkar qələbə qazanıb, 6:1.
Publika.az xəbər verir ki, Kataloniya klubunun keçmiş müdafiəçisi deyib:
“Cavab oyunundan əvvəl Luis Enrike bizə taktikamızı dəyişəcəyimizi və üç müdafiəçi ilə oynayacağımızı söylədi. Bu sistemdə məşq etmək üçün iki matçımız var idi və o, bizə “müdafiədə təkbətək oynayacağıq, mənim heç nə ecimə deyil” dedi.
Onun mənim futbola baxışımda böyük təsiri oldu. O, həqiqətən təfərrüat yönümlüdür. Onun tətbiq etdiyi taktiki seanslara nadir hallarda rast gəlmişəm. İkinci oyunda o, hər şeyə hazır idi. Bizə dedi: “Onlar bizə dörd qol vurdular və biz onlara altı qol vurmağa qadirik, narahat olmayın”. O, bizim beynimizə girdi, parlaq idi. “Barselona”da hər kəs geri dönüşün mümkün olduğunu bilirdi.
Qarşılaşma günü hamı sakit idi. İnyesta bizə sakitcə dedi ki, uşaqlar, biz nə edəcəyimizi bilirik. Fikirləşdim: “İlk oyunda dörd qol buraxdıq, sən də çox sakitsən!” Bax yüksək səviyyəli futbol budur”.
-
Sosial14:00Yay anormal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...
-
Nida Xəbər 10:33Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım - FOTO









.webp)



























