İdman
Ulduz futbolçu qışda "Real"ı tərk edəcək: Premyer Liqaya üz tutur
"Real"ın futbolçusu Vinisius Junior qış transfer pəncərəsində komanda dəyişə bilər.
Publika.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.
Bildirilir ki, 25 yaşlı hücumçu Madrid klubu ilə yeni müqavilə barədə razılığa gələ bilmir. Bu səbəbdən ona "Mançester Siti", "Çelsi" və Səudiyyə Ərəbistanının bir neçə klubu tərəfindən maraq göstərilir.
Vinisius 2018-ci ildən "Real"da çıxış edir. 2025/26 mövsümündə braziliyalı hücumçu bütün turnirlərdə 17 oyuna çıxıb, 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
"Real"la birlikdə o, 3 dəfə İspaniya çempionu, ölkə kubokunun qalibi və 3 dəfə İspaniya Superkubokunun sahibi olub. Həmçinin Çempionlar Liqasının, UEFA Superkubokunun və klublararası dünya çempionatının hərəsini 2 dəfə qazanıb.
Futbolçunun Madrid klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Heybət
-
Nida Xəbər 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı




































