İdman
Ölüm təhdidlərindən qorxan ulduz futbolçu bu addımı atdı - FOTO
"Liverpul"un yeni ulduzu Aleksandr "Nyukasl"dan səs-küylü transferindən sonra ona ünvanlanan hədələr səbəbindən təhlükəsizliyi barədə düşünməyə məcbur olub.
Publika.az Britaniya mediasına istinadən xəbər verir ki, isveçli hücumçu 30 min funt dəyərində yüksək hazırlıqlı doberman alıb. Bu, məcburi addım kimi qiymətləndirilir. Çünki futbolçu aqressiv mesajlarla, ölüm təhdidləri ilə üzləşib və onun keçidi transferin sürətlənməsi üçün keçirilən etiraz aksiyası fonunda baş tutub.
İsveç yığmasının DÇ-2026-nın seçmə mərhələsindəki uğursuzluğundan sonra da vəziyyət dəyişməyib. Komanda sərt tənqid və hədələrlə üzləşib. Mənbələr bildirir ki, İsak nəhayət meydandan kənarda sakitlik tapmaq istəyir və mühafizə iti bu planın vacib hissəsidir.
Elit mühafizə itləri ilə təmin edən "Phoenix Dogs" şirkəti İsakın dobermanını daxildən və xaricdən gözəl, möhtəşəm heyvan kimi təsvir edib.
"Qırmızılar"ın hücumçusu bu səviyyədə təhlükəsizlik tədbirləri görən yeganə futbolçu deyil. Böyük Britaniyada ardıcıl oğurluq hallarından sonra futbolçular arasında mühafizə itinə sahib olmaq geniş yayılıb. Yaxınlarda "Everton"un müdafiəçisi Ceyk O’Brayen də belə addım atıb.
Xatırladaq ki, bu mövsüm İsak "Liverpul"un heyətində bütün turnirlərdə 9 oyunda iştirak edib, 1 qol vurub və 1 asist edib.
Heybət
-
Nida Xəbər 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı




































