İdman
De Byazi italyanlara "Qarabağ"dan danışdı: Əvvəlkindən daha güclü və kompaktdırlar
Azərbaycan millisinin sabiq baş məşqçisi Canni De Byazi Çempionlar Liqasında keçiriləcək “Napoli” – “Qarabağ” oyunu haqda fikirlərini bölüşüb.
Publika.az xəbər verir ki, mütəxəssis “II Mattino” nəşrinə müsahibəsində bunları deyib:
“Qarabağ”ın maraqlı futbolçuları var. Düzdür, dünya ulduzu deyillər, amma istənilən komandaya problem yarada biləcək səviyyədədirlər. Builki transferlərlə daha yüksək keyfiyyət tapıblar. İndi əvvəlkindən daha güclü və kompaktdırlar. Onların çıxışı məni təəccübləndirmir. Çempionatda rəqibləri yoxdur, Çempionlar Liqası da onların digər hədəfidir. Həm də bu turnirdən yaxşı maliyyə toplamaq niyyətindədirlər.
“Qarabağ”ın iki heyəti var: biri Liqa, biri Çempionlar Liqası üçün. Artıq neçə ildir, çempionatda dominantlıq edirlər. Faktiki olaraq hər il çempion olurlar. Son illər yalnız bir dəfə çempionluğu əldən verdilər. Kluba çox sərmayə qoyurlar, amma gəlirləri çox azdır. Çünki yerli çempionatı demək olar ki, heç kim izləmir”.
Qeyd edək ki, noyabrın 25-də keçiriləcək “Napoli” – “Qarabağ” oyununa saat 00:00-da start veriləcək.
Heybət
-
Nida Xəbər 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı












.jpg)
























