İdman
"Qarabağ"a qarşı diqqətli olmaq lazımdır - Konte
"Napoli"nin baş məşqçisi Antonio Konte UEFA Çempionlar Liqasının 5-ci turunun "Qarabağ"la oyunundan əvvəl mətbuat konfransında iştirak edib.
Publika.az xəbər verir ki, italyan mütəxəssis "Qarabağ"ı turnirin sürpriz komandası adlandırıb:
"Atalanta" üzərində qələbə bizə yaxşı cavablar verdi, "Qarabağ"a qarşı diqqətli olmaq lazımdır. Oyunun 95 dəqiqə davam etdiyini nəzərə alaraq qiymətləndirmələr aparacağam. Biz düzgün enerji ilə gəlirik. Düşünürəm ki, şənbə günü baş tutan oyun yaxşı cavablar verdi. "Atalanta"ya qarşı asan deyildi, lakin əla çıxış etdik. İndi enerjimizi bərpa edib oyuna hazırlaşırıq. "Qarabağ"ın UEFA Çempionlar Liqasında sürpriz komanda olduğunu düşünürəm: 7 xalı var, "Çelsi" ilə (2:2) heç-heçə edib. "Benfika" və "Kopenhageni" isə məğlub edib. "Qarabağ" yüksək tempdə oynayacaq, biz çox diqqətlə və yüksək enerji ilə çıxış etməliyik".
Qeyd edək ki, "Napoli" - "Qarabağ" matçı noyabrın 25-də "Stadio Dieqo Armando Maradona" stadionunda, saat 00:00-da start götürəcək.
Heybət
-
Nida Xəbər 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı




































