İdman
"Qarabağ"ın ÇL-dəki vəziyyəti: Şans var?
UEFA Çempionlar Liqasında 6-cı tura və 2025-ci ilə yekun vurulub.
Publika.az xəbər verir ki, turnirdəki və avrokuboklardakı yeganə təmsilçimiz "Qarabağ" Bakıda "Ayaks"la qarşılaşıb. Ağdam təmsilçisi Niderland klubuna 2:4 hesabı ilə uduzaraq cari mərhələdə üçüncü məğlubiyyətini alıb.
6 oyundan sonra 7 xalı olan Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 22-ci sırada qərarlaşıb. Bu, pley-offa vəsiqə qazanmaq istəyən Ağdam klubu üçün turnir cədvəli baxımından təhlükəli mövqedir. Çünki "Qarabağ"ın 3 xal itirməsi fonunda aşağı sıralarda qərarlaşan bəzi komandalar vəziyyətlərini düzəldiblər.
İkinci turda məğlub etdiyimiz "Kopenhagen" (2:0) "Qarabağ"a çatıb. Turnirə ardıcıl 4 məğlubiyyətlə başlayan "Benfika" da toparlanıb. Kipr "Pafos"u və Belçika "Union"u da pley-off şanslarını qoruyur.
Yanvarda baş tutacaq 7-ci turda Bakıya səfər edəcək "Ayntraxt"ın belə "ilk 24-lüy"ə düşmək şansı qalır.
Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü sırada qərarlaşanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.
Heybət

-
Magazin211:24Kardaşyan bu etirafı ilə hər kəsi şoka saldı: Gün ərzində 35 həb qəbul edir
-
Sosial11:12Milyarderlər insanları belə ovsunlayırlar: Pensiya üçün pul yığmağa ehtiyac qalmayacaq?
-
Sosial10:21Hamlet Musayevin qızı həbsdən azad edildi
-
Dünya10:06Bu ölkədə cəhənnəm yaşanır: Turistlər hər yeri tutub, yerli sakinlər evlərinə qapanıb
-
Sağlamlıq08:24Diabet riskini 31 faiz azaldan yeni pəhriz hazırlandı
-
Sağlamlıq07:30Yuxunun keyfiyyətini belə yaxşılaşdırmaq olar
-
İdman06:46Məşhur məşqçi ilə bağlı qalmaqal: - Tələbələrini…
-
Magazin106:16Emin ilk milyon dollarını belə qazanıb - VİDEO















.jpg)



















