İdman
Qurban Qurbanov: 18 ildir "Qarabağ"dayam, hər il bu söhbət olur
“Komanda.az” saytının jurnalistlər arasında keçirdiyi sorğuya əsasən ilin ən yaxşı baş məşqçisi seçilən Qurban Qurbanov bu münasibətlə brifinq keçirib.
Publika.az xəbər verir ki, 18 ildir “Qarabağ”ı çalışdıran təcrübəli mütəxəssis 15-ci dəfə etimad göstərilməsinə görə hər kəsə təşəkkür edib:
“Hər birinizə təşəkkür edirəm. Düz 1 il əvvəl burada idim, bu mükafatı almışdım. 15-ci dəfə qalib olduğum üçün sevinirəm. Belə uğurlardan sonra məsuliyyətim bir az da artır. Hansısa uğur əldə etmişiksə, ən azından onu qoruyub saxlamağa çalışırıq. Bu il xüsusi il oldu. Çempionlar Liqasının Liqa mərhələsinə düşdük. Burada olmaq çox önəmli idi”.
Baş məşqçi təzyiq altında işləməyin ildən-ilə daha çətinləşdiyini qeyd edib:
“Günü-gündən daha da çətinləşir. Əvvəllər gənc idim, daha həvəsli idim. İndi həvəsli olmaqla bərabər məsuliyyət də artır. Heç də asan deyil. Çalışırıq ki, bacaraq”.
Adının tez-tez xarici klublarla hallanmasına da münasibət bildirən Qurban Qurbanov hazırda Azərbaycanı öz ruhuna daha yaxın hesab etdiyini söyləyib:
“Hazırda Azərbaycan ruhuma daha yaxındır. Bakını çox sevirəm. Bu şəhər mənim üçün əvəzolunmazdır. Bizim burada qalmağımız Azərbaycan futboluna fayda verəcəksə, qalmağa razıyam”.
“Ayaks”la oyundan sonra yenidən gündəmə gələn hücumçu məsələsinə toxunan baş məşqçi maraq göstərdikləri futbolçuların olduğunu bildirib:
“Əlbəttə ki, maraq göstərdiklərimiz var. 18 ildir “Qarabağ”dayam. Hər il hücumçu söhbəti olur. Ola bilər ki, nə vaxtsa bir az gecikmişik. Ümumi götürsək, komandamızda həmişə yaxşı hücumçular olub. Hazırda axtarışlarımız gedir. Çalışacağıq ki, qışda 3-4 transfer edək. Bizim tələblərimiz böyüyüb. Hansı rejimdə çalışdığımızı özünüz görürsüz. Keyfiyyətli futbolçulara say olaraq ehtiyacımız var”.
Qurban Qurbanov qış təlim-məşq toplanışı ilə bağlı da danışıb: “Böyük ehtimalla, toplanışa Bakıda başlayıb Antalyada davam edəcəyik”.
Fasilənin “Qarabağ”ın oyun ritminə təsir göstərə biləcəyini istisna etməyən mütəxəssis buna baxmayaraq, futbolçuların hazırda istirahətə ciddi ehtiyacı olduğunu bildirib:
“Fasilə oyun ritmimizə təsir edə bilər. İnanın ki, hazırda futbolçularımızın istirahətə ehtiyacı var. Əksinə, fasilə faydalı da ola bilər. Futbolçuların hər biri həm fiziki olaraq, həm də psixoloji olaraq yorulublar. Oyun ritmində bir az geri qala bilərik. Amma düşüncə olaraq məncə, udacağıq”.
Heybət
-
Qoroskop00:15Günün ULDUZ FALI - Əla fürsətlər qarşınıza çıxacaq
-
İdman11 Yanvar 22:12Dünya çempionu vəfat etdi
-
İdman11 Yanvar 22:00Azərbaycanı seçib himnimizi oxudu - VİDEO
-
ABŞ11 Yanvar 21:24Kuba Prezidenti Trampın ultimatumuna CAVAB VERDİ
-
İdman11 Yanvar 20:36Qara Qarayevə VƏZİFƏ VERİLDİ
-
Səhiyyə11 Yanvar 20:12Sərxoş ananın dünyaya gətirdiyi körpənin qanında GÖRÜN NƏ TAPILDI
-
İdman11 Yanvar 19:36Əfsanə bu sözü ilə qalmaqal yaratdı, sonra...
-
Əmlak11 Yanvar 18:24Bakıda torpaq bahalaşıb - SƏBƏBLƏR/VİDEO


































