İdman
Alonsonun yerinə əsas namizəd odur
"Real"ın gənclər komandasının baş məşqçisi Alvaro Arbeloa klubda Xabi Alonsonu əvəzləmək üçün əsas namizəd hesab olunur.
Publika.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Madrid klubu kadr problemlərini həll etmək üçün qış transfer pəncərəsində bazara çıxmaq variantını nəzərdən keçirib, lakin "kral klubu"nun rəhbərliyi yanvar alışlarını az ehtimal olunan sayır.
İspaniya Superkuboku "Real" üçün mövsümün həlledici mərhələsinə çevrilə bilər. Belə ki, Alonsonun gələcəyi sual altındadır və onun mümkün əvəzləyicisi kimi əsas namizəd "Kastilya"nın çalışdırıcısı Alvaro Arbeloa göstərilir.
Hazırda "Real" İspaniya çempionatının turnir cədvəlində 42 xalla ikinci pillədə qərarlaşıb və lider «Barselona»dan 4 xal geri qalır.
İspaniya Superkubokunun yarımfinalında "Real" "Atletiko" ilə üz-üzə gələcək. Qarşılaşma yanvarın 8-də keçiriləcək.
Heybət
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ










.jpg)






.jpg)



















