İdman
“Araz-Naxçıvan” Elmar Baxşıyevi göndərdi: Rəsmi qərar
“Araz-Naxçıvan” klubu Elmar Baxşıyevlə yollarını ayırdığını açıqlayıb.
Publika.az xəbər verir ki, “ağ-qırmızılar” 45 yaşlı mütəxəssislə müqaviləyə xitam verib. Bu barədə qərar klubun İdarə Heyətinin iclasında verilib.
Toplantıda klubun qış fasiləsinə qədərki çıxışı müzakirə olunub. Nəticələr qeyri-qənaətbəxş hesab olunduğuna görə, baş məşqçi Elmar Baxşıyevlə yolların ayrılması qərara alınıb.
Daha sonra baş məşqçi ilə görüş keçirilib, ona kluba göstərdiyi xidmətlərə görə təşəkkür edilib və mövsümün sonuna qədər nəzərdə tutulan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Elmar Baxşıyev 2024-cü ilin aprelində “Araz-Naxçıvan”ın baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında 2024-2025-ci illər mövsümündə Azərbaycan Premyer Liqasında üçüncü pilləni tutub və tarixində ilk dəfə avrokuboklarda - UEFA Konfrans Liqasında iştirak edib.
Heybət
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ






.jpg)




























