İdman
Əfsanəvi futbolçunun qızı evlənir: Görün nişanlısı kimdir - FOTOLAR
Elə bil dünən idi. Əfsanəvi yarımmüdafiəçi Pavel Nedved “Qızıl top”u qazanır və “Yuventus”a A Seriyasına qayıtmaq yolunda kömək edirdi. Amma zaman çox sürətlə keçir: məlum olur ki, əfsanəvi çex futbolçunun övladları artıq ailə qurmağa hazırlaşırlar.
İvana ilə tanış olun. O, həm Pavelin qızıdır, həm də amerikalı tennisçi Sebastyan Kordanın nişanlısıdır.


Publika.az xəbər verir ki, İvana 25 mart 1997-ci ildə Romada dünyaya gəlib. Həmin vaxt atası “Latsio”da ilk mövsümünü keçirirdi və artıq o dönəmdə Avropanın aparıcı klublarının diqqət mərkəzində idi.
Maraqlıdır ki, Pavel qızına anasının – İvananın adını verib. İvananın bir qardaşı da var. Oun adı da Paveldir.
İvana və Sebastyan Korda 2021-ci ildən birlikdədirlər. 2025-ci ili ATP reytinqində 48-ci pillədə başa vuran tennisçidən İvana üç yaş böyükdür.

Onların tanışlığı demək olar ki, körpəlik dövrünə gedib çıxır. Çünki Pavel Nedvedlə 1998-ci il Avstraliya Açığının qalibi Petr Korda (Sebastyanın atası) uzun illərdir dostdurlar. Bu dostluq ailələr səviyyəsində davam edib. Birlikdə vaxt keçiriblər, istirahətə gediblər və daim bir-birinə yaxın olublar. Buna görə də İvana və Sebastyan bir-birini demək olar ki, hərtərəfli tanıyırlar.
Noyabrın əvvəlində Korda uşaqlıq dostuna evlilik təklifi edib. İvana isə təbii ki, “bəli” deyib. Tennisçi üzüklə paylaşdığı fotosunu “Əbədiyyət və daha artığı” sözləri ilə paylaşıb.

Sebastyan sevdiyi qız haqqında belə danışıb: “Ən gözəl tərəfi odur ki, o, idmanı anlayır. Peşəkar idmançı olmağın nə qədər çətin olduğunu, böyük qurbanlar tələb etdiyini başa düşür. İvana məni çox dəstəkləyir, tez-tez mənimlə səyahət edir. Onun yanıma gəlməsini çox dəyərləndirirəm, birlikdə gözəl vaxt keçiririk. Bu, mənə tennisdən uzaqlaşıb diqqətimi yayındırmağa kömək edir - gəzməli yerləri gəzirik, adi insanlar kimi yaşayırıq. İdmançı üçün bu, çox vacibdir”.
İvananın özü isə peşəkar şəkildə idmanla məşğul olmur. O, marketinq üzrə magistr dərəcəsinə malikdir. Daha əvvəl “Alfa Romeo” və İtaliya Olimpiya Komitəsi ilə çalışıb. Hazırda isə süni intellektdən istifadə edən rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən KNIT şirkətində marketinq direktoru vəzifəsini tutur.












-
Rəsmi xronika17:39Bu rayonun icra başçısı vəzifəsindən azad edildi
-
İdman17:36Qurban Qurbanovun oğlunun toyunda görün kimlər iştirak edib: General və nazirlər - YENİ FOTOLAR
-
Rəsmi xronika17:12İlham Əliyev "Bakı Ağ Şəhər"də oldu - YENİLƏNDİ
-
Rəsmi xronika16:09Prezident daha bir fərman imzaladı
-
Nida Xəbər 16:00Sevinc Osmanqızı və digərlərinin məhkəməsi başlayır
-
Rəsmi xronika15:23Hərbi xidmətlə bağlı qanunlara dəyişiklik edildi
-
Maraq dünyası14:28O dünyadan "qayıdan" qadın elə şeylər görüb ki... - Müharibələr, aclıq
-
Avropa13:53Masonlar şəhər polisini ələ keçirdi - Gizli təşkilatın hədəfi nədir?






























.jpg)







