İdman
Əlbəyaxa olan oyunçuların cəzası açıqlandı
NBA 28 dekabr tarixində keçirilən oyunda baş verən dava ilə əlaqədar olaraq “Yeni Orlean”ın basketbolçusu Xose Alvarado və “Finiks”in oyunçusu Mark Uilyamsı diskvalifikasiya edib.
Publika.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
NBA bazar günü maaşdan məhrumetmə ilə müşayiət olunan diskvalifikasiyanı rəsmən açıqlayıb. Alvarado “Yeni Orlean Pelikans”ın “Nyu-York Niks” və “Çikaqo Bullz”la matçlarını buraxacaq. Uilyams isə bazar ertəsi “Vaşinqton Uizards”a qarşı görüşdə iştirak etməyəcək.
Boyu 2,16 metr olan Uilyams və 1,83 metr boya malik Alvarado Alvaradonun qayda pozuntusundan sonra bir-birinə zərbələr endiriblər. Hadisə Alvaradonun blokdan keçid zamanı etdiyi şəxsi foulla başlayıb, bundan sonra Uilyams rəqibini arxadan itələyib. Daha sonra oyunçular birbaşa təmasa keçərək sağ əllə zərbələr mübadiləsi aparıblar. Nəticədə hakimlər hər iki basketbolçunu oyunun sonunadək meydandan kənarlaşdırmaq qərarı veriblər.
-
Dünya22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial22:00Tramp onu "qurumuş gavalı" adlandırdı - FOTO
-
Sosial21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu








.jpg)


.png)























