İdman
Futbolda ofsayd qaydaları dəyişir? - Bu tarixdə dəqiqləşəcək
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) ofsayd qaydasında mümkün dəyişiklikləri yanvarın 20-də Londonda keçiriləcək iclasda müzakirə etməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Qeyd olunur ki, dəyişikliklər təsdiqlənərsə, yeni qaydalar 2026/27 mövsümündən etibarən qüvvəyə minəcək.
Təklifin təşəbbüskarı FİFA-nın qlobal futbolun inkişafı üzrə rəhbəri və “Arsenal”ın sabiq baş məşqçisi Arsen Vengerdir. Onun irəli sürdüyü ideyaya əsasən, hücumçunun qol vurmağa icazə verilən bədən hissəsinin istənilən hissəsi sonuncudan əvvəlki müdafiəçinin xəttində və ya ondan geridə yerləşirsə, bu vəziyyət ofsayd sayılmamalıdır.
Hazırkı qaydalara görə isə ötürmə anında hücum edən oyunçunun qol vura biləcəyi bədən hissəsinin istənilən hissəsi rəqib qapısına doğru sonuncudan əvvəlki müdafiəçidən, qapıçı da daxil olmaqla, irəlidə olarsa, ofsayd qeydə alınır.
Heybət
-
Region23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin122:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi








.jpg)




.png)




















