İdman
Roberto Karlos əməliyyat olundu: Problem nədir?
Əfsanəvi braziliyalı futbolçu Roberto Karlos ürəklə bağlı problemlərə görə əməliyyat olunub.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Melçor Ruis məlumat yayıb.
“Roberto Karlos Braziliyada ürəklə bağlı problemlər səbəbindən əməliyyat keçirib, lakin onun həyatı üçün heç bir təhlükə yoxdur. O, daha bir neçə saat həkim nəzarətində qalacaq. Daha əvvəl ayağında tromb şübhəsi ilə müayinədən keçmişdi. Yoxlamalar zamanı ürəyində problem aşkarlanıb və bu səbəbdən cərrahi müdaxilə edilib”, – deyə Ruis bildirib.
Qeyd edək ki, Roberto Karlos karyerası ərzində bir sıra tanınmış klubların formasını geyinib. O, Braziliyada “Palmeyras” və “Korintians”, İtaliyada “İnter”, İspaniyada “Real”, Türkiyədə “Fənərbağça”, Rusiyada “Anji”, Hindistanda isə “Dehli Dinamos”un şərəfini qoruyub.
-
Region23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin122:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi








.jpg)






.png)



















