İdman
“Mourinyonun Ronaldonu ağlatdığını görmüşəm”
“Real”ın əfsanəsi, hazırda “Milan”da çıxış edən Luka Modriç Madrid klubunda 2012–2013-cü illərdə birlikdə çalışdığı Joze Mourinyo haqqında fikirlərini bölüşüb.
Publika.az xəbər verir ki, xorvatiyalı futbolçu portuqaliyalı mütəxəssisin sərt olduğunu bildirib:
“Mourinyo xüsusi insandır. Həm məşqçi, həm də insan kimi. Məni “Real”da görmək istəyən məhz o idi. Mourinyo olmasaydı, mən heç vaxt “Real”a keçə bilməzdim. Təəssüf ki, birlikdə cəmi bir mövsüm işlədik.
Mourinyo, Ançelotti və Alleqri arasında ən sərti kim idi? Mourinyo. Bir dəfə onun soyunub-geyinmə otağında Kriştiano Ronaldonu ağlatdığını görmüşəm. Söhbət hər zaman yüz faizini ortaya qoyan bir futbolçudan gedir. Sadəcə, həmin epizodda o, rəqib müdafiəçini pressinq etməmişdi.
Mourinyo futbolçularla çox birbaşa danışır, amma ədalətlidir. Serxio Ramosla da, komandaya yeni gələn oyunçu ilə də eyni cür davranır. Deməli olduğu bir şey varsa, bunu açıq şəkildə deyir. Maks [Alleqri] də belədir: nəyin düzgün, nəyin səhv olduğunu üzə deyir. Dürüstlük əsas keyfiyyətdir”, – deyə Modriç Corriere della Sera-ya müsahibəsində bildirib.
-
Region23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin122:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi








.jpg)






.png)



















