İdman
2025-ci ildə futbolun itirdikləri
Futbol mövsümlərlə yaşayır, amma ötən il təkcə liqa cədvəlləri və qazanılan kuboklarla deyil, həm də artıq aramızda olmayanların adları ilə yadda qalacaq.
Publika.az 2026-ci ildə futbolun itirdiyi şəxslər haqda məlumat verir:
Denis Lou yanvar ayında vəfat etdi. O, Şotlandiya futbolunun kralı, “Qızıl top” mükafatçısı və “Mançester Yunayted” tarixində üçüncü ən çox qol vuran oyunçu idi. “Müqəddəs üçlük” – Lou, Çarlton və Best Münhen fəlakətindən sonra klubu canlandırdılar. İndi hər üçü dünyasını dəyişib. Lou demensiya ilə uzun sürən mübarizədən sonra 84 yaşında vəfat edən sonuncu əfsanə idi.
Xavyer Dorado 50 yaşını qeyd edə bilmədi. “Real Madrid” məhsulu, Avropa çempionu, akademiyadan Madridin əsas komandasına yüksələn futbolçu. Daha sonra İspaniya liqasının orta səviyyəli komandalarında karyerası başladı və üçüncü divizionda başa çatdı. Daha sonra xəstəlik – xərçəng gəldi.
Dioqo Jota qardaşı ilə birlikdə avtomobil qəzasında öldü. O, 28 yaşında idi. Qarşıda “Liverpul”da, Portuqaliya millisində xeyli titullar olacaqdı. Bunun əvəzin “Enfild”dəki portretlər qaldı.
Viktor Şustikov 86 yaşına qədər yaşadı. “Torpedo”nun ən çox oyun keçirən rekordçusu, 1964-cü il Avropa Çempionatının gümüş medalçısı və kluba sədaqət simvolu. O, bütün karyerasını bir komandada – 427 oyunla “Torpedo”da keçirib.
Siyahı uzanır: “Zorya Luqansk”dan Yuri Yeliseyev, “Nottinqem Forest”lə Çempionlar Kubokunu qazanan Con Robertson, Monteneqroda 34 yaşında stuldan yıxılaraq vəfat edən Sebastian Hertner. Qırx yaşını görməyən Denis Şmarov.
Vilyam Viqar İngiltərənin altıncı divizionunda başından xəsarət alıb. O, komaya düşüb. Beş gün sonra 21 yaşlı futbolçu vəfat edib.
Əfsanəvi braziliyalı qapıçı Manqa 87 yaşında vəfat etdi. Argentina millisində 1978-ci ildə Dünya Kubokunun qalibi olmuş Luis Qalvao 77 yaşında dünyasını dəyişdi. “Dəli” ləqəbli Huqo Qatti isə 80 yaşında vəfat etdi.
Bir illik icmalın müsbət olması vacib deyil. Bəzən bu, sadəcə dayanıb artıq aramızda olmayanları xatırlamaq üçün bir səbəbdir.
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman2 Aprel 19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir









.jpg)
























