İdman
UFC-nin gözəli onunla eşq yaşayır - FOTOLAR
UFC-nin yarı ağır çəkidə çempionu Aleks Pereyra yeni il münasibətilə paylaşdığı fotolarla yeni sevgi münasibətini rəsmi elan edib.
Publika.az xəbər verir ki, Pereyranın sevgilisi Tresi Kortesdir.
O, 1993-cü ildə Arizona ştatının paytaxtı Finiqsdə anadan olub. O, Aleksdən 6 yaş kiçikdir. Tresi Meksikadan olan miqrant valideynlərin övladıdır və ailəsi böyükdür. Onun üç qardaşı var. Bu qardaşlar sayəsində Tresi qarışıq döyüş sənətlərinə (MMA) maraq göstərib.

2008-ci ildə Tresi ilk dəfə qardaşı Xosenin UFC veteranı Dru Fiketta ilə döyüşünü izləyib. Həmin il Xose peşəkar karyerasını başa vurub. 2011-ci ildə isə o xərçəngdən vəfat edib. 2024-cü ildə Tresi sol qoluna qardaşının UFC forması ilə okean fonunda təsvir edildiyi tatu çəkdirib.
"Hər dəfə özümü yorğun və ya “Niyə bütün bunları edirəm?” sualı ilə üz-üzə görəndə xatırlayıram ki, qardaşım xərçənglə mübarizə aparmışdı və təslim olmamışdı. Mən tamamilə sağlamam və etdiyim işi görə biləcək gücdəyəm. Bu, mənim üçün böyük motivasiyadır", - deyə qadın idmançı tatosu barədə danışıb.
Tresi UFC-də debütünü 2019-cu ildə Vanessa Melo üzərində qələbə ilə edib. 2024-cü ilədək o, 5 ardıcıl qələbə seriyası qazanıb, lakin "UFC on ESPN 59" tədbirində Rous Namayunasla döyüşdə uduzub. O, çəkiölçmədə maraqlı an yaşanıb. İlk yoxlamada yarım funt artıq çəkisi göstərib. İkinci yoxlamada isə saçından bir tutam kəsərək emosiyalarını göstərib.
Hazırda Tresinin UFC rekord göstəricisi 6 qələbə 2 məğlubiyyətdir. Sonuncu döyüşünü ötən ilin noyabrında Erin Blançfildə qarşı keçirib və məğlub olub. Hal-hazırda Kortes ən yüngül çəki divizionunun 8-ci pilləsindədir.
Tresi əvvəllər UFC döyüşçüsü Brayen Orteqa ilə nişanlı olub, amma 2024-cü ildə cütlük ayrılıb. Kortes sonra açıqlayıb ki, Ortega ona xəyanət edib.












-
Sosial18:12Nəsimi Nəbizadə reabilitasiya mərkəzindən QAÇDI
-
İdman17:09Azərbaycanlı idmançıya "Fənərbağça"da yüksək vəzifə verildi - FOTO
-
Sosial16:21Məhkəmədən Ədalət Verdiyevlə bağlı qərar
-
Nida Xəbər 15:20Dünən işdən çıxarılan rəisə yeni vəzifə verildi
-
Rəsmi xronika13:15İlham Əliyev fərman imzaladı
-
Dünya12:06Avropadan Trampa şərt: Bunu et, Qrenlandiyanı al
-
Dünya11:30ICE agenti 37 yaşlı qadını öldürdü: ABŞ-da ara qarışdı - VİDEO
-
Dünya11:06ABŞ Rusiya gəmisini belə ələ keçirib - Anbaan VİDEO





















.jpg)




.jpg)









