İdman
FİFA DÇ-2026 ilə bağlı yeni planı açıqladı: Ofsayd belə müəyyənləşdiriləcək
FİFA rəhbərliyi qarşıdakı dünya çempionatında hakimliyin işinin yaxşılaşdırılması ilə bağlı planını açıqlayıb.
Publika.az xəbər verir ki, yenilik əsasən ofsayd vəziyyətinin müəyyənləşdirilməsinə aid olacaq.
Bu çərçivədə hər bir futbolçu süni intellektə əsaslanan təkmilləşdirilmiş 3D skan texnologiyası vasitəsilə hiperrealist rəqəmsal avatara çevriləcək. Oyunçular turnirdən əvvəl keçiriləcək fotosessiya zamanı yüksək texnologiyalı skan kameralarından keçəcəklər. FİFA-nın məlumatına görə, proses son dərəcə sürətlidir və hər bir futbolçu üçün cəmi bir saniyə çəkir.
Əldə olunan skan nəticələri sayəsində yarıavtomatik ofsayd nəzarət sistemləri futbolçuların hər bir hərəkətini indiyədək mümkün olmayan dəqiqliklə izləyə biləcək.
FİFA bu skan texnologiyasını artıq son dəfə keçirilən qitələrarası kubokda iştirak etmiş “Flamenqo” və “Piramids” klubları üzərində sınaqdan keçirib.
2026-cı il dünya çempionatında ilk dəfə olaraq 48 komanda iştirak edəcək. Turnir 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.
Heybət
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ










.jpg)






.jpg)



















