İdman
“Real” federasiyaya üz tutdu: Nədən narazıdır?
“Real” İspaniya Kral Futbol Federasiyası (RFEF) ilə qarşıdakı oyunlarının cədvəli ilə bağlı narazılığını bölüşüb.
Publika.az xəbər verir ki, ötən Madrid klubunun "Kopa del Rey"in 1/8 final mərhələsində “Albasete” ilə üz-üzə gələcəyi müəyyənləşib. Raundun matçları 13-15 yanvar tarixlərinə təyin olunub.
AS nəşrinin məlumatına görə, “kral klubu” yanvarın 11-i Ciddədə keçiriləcək İspaniya Superkubokunun finalına vəsiqə qazansa, bu, əlavə çətinliklər yarada bilər.
Bundan başqa, “Real” yanvarın 17-si La Liqada “Levante” ilə qarşılaşacaq ki, bu da Çempionlar Liqasındakı oyunlardan bir neçə gün əvvəl baş tutacaq. “Kopa del Rey” matçı bu oyunların arasına sığdırılmalı olduğundan, təqvim daha da sıxlaşır. Madrid klubunun rəhbərliyi bu məsələni artıq RFEF-ə çatdırıb.
Ən ehtimal olunan həll yolu “Levante” ilə oyunun təxirə salınması olacaq. Son cədvəlin isə bu axşam təsdiqlənməsi gözlənilir.
Bu gecə isə “Real” İspaniya Superkubokunun yarımfinalında “Atletiko” ilə qarşılaşacaq. Görüş saat 23:00-da başlayacaq.
Heybət
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ










.jpg)






.jpg)



















