Vinisius üçün əlamətdar oyun: Yalnız 2 əfsanədən geri qalır
Bizi izləyin

İdman

Vinisius üçün əlamətdar oyun: Yalnız 2 əfsanədən geri qalır

İspaniya kubokunda "Albasete" ilə sensasiyalı məğlubiyyətlə başa çatan qarşılaşma "Real"ın vingeri Vinisius Junior üçün əlamətdar olub.

Publika.az xəbər verir ki, sözügedən qarşılaşma braziliyalı futbolçu üçün Madrid klubunda 350-ci oyun olub. 25 yaşlı ulduz həmin görüşdə "kral klubu"nun start heyətində meydana çıxıb və final fitinədək oynayıb. Lakin komandasını gözlənilməz şəkildə turnirdən kənar qalmaqdan xilas edə bilməyib - 2:3.

Vinisiusun "Real" forması ilə bütün turnirlərdə keçirdiyi 350 oyunda 112 qolu və 91 məhsuldar ötürməsi var. Braziliyalılar arasında Madrid klubunun tarixində yalnız Marselo (546 oyun) və Roberto Karlos (527 oyun) ondan daha çox matça çıxıblar.

Vinisius Junior 2018-ci ildə "Flamenqo"dan "Real"a transfer olunub. Cari mövsümdə hücumçu 28 oyunda 6 qol vurub və 8 məhsuldar ötürmə edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm