Ərəblərin Salah planı: “Liverpul” razı olacaq?
Bizi izləyin

İdman

Ərəblərin Salah planı: “Liverpul” razı olacaq?

“Liverpul”un hücumçusu Məhəmməd Salah Səudiyyə Ərəbistanı çempionatına keçə bilər.

Publika.az xəbər verir ki, yay transfer pəncərəsi ərəfəsində Səudiyyə klubları forvardın ətrafındakı vəziyyəti diqqətlə izləyirlər. “Əl-Hilal” və “Əl-İttihad” yayda misirli futbolçunu transfer etməkdə maraqlıdır və bu keçid üçün “qırmızılar”a 50 milyon funt-sterlinq təklif etməyə hazırdırlar.

Son iki ildə hər iki klub Salaha böyük maraq göstərir və ona Kriştiano Ronaldonun müqaviləsi səviyyəsində kontrakt təklif etməyə hazırdır.

“Liverpul” hücumçunu yayda satmağa hazırdır, lakin yalnız futbolçunun özü klubdan ayrılmağa razılıq verdiyi halda təkliflər nəzərdən keçiriləcək. Yekun qərar Salahın özünə məxsus olacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm