İdman
Əfsanə milli komandanın məşqçisi oldu - FOTO
Niderland millisinin əfsanəvi futbolçusu Rud van Nistelroy yığmanın məşqçilər heyətinə qoşulub.
Publika.az xəbər verir ki, bu barədə Niderland Kral Futbol Assosiasiyası (KNVB) məlumat yayıb.
49 yaşlı mütəxəssis baş məşqçi Ronald Kumanın köməkçisi kimi fevralın 1-dən etibarən vəzifəsinin icrasına başlayacaq.
Van Nistelroyun son iş yeri 2024-cü ilin dekabrından 2025-ci ilin iyununa qədər “Lester Siti” olub. Keçmişdə məşhur hücumçu olan niderlandlı mütəxəssis daha əvvəl “Mançester Yunayted” və PSV-də də baş məşqçi kimi fəaliyyət göstərib. O, artıq iki dəfə Niderland millisinin məşqçilər korpusunda yer alıb – 2014-2016 və 2020-2021-ci illərdə.
Futbolçu karyerası dövründə van Nistelroy “Real”ın heyətində iki dəfə İspaniya çempionu olub, “Mançester Yunayted”lə İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu və Liqa Kubokunu qazanıb. O, Niderland millisinin formasında 70 oyuna çıxıb və 35 qol vurub.
Heybət

-
Köşə11:43Bir də çalınmayacaq bizim zəngimiz... - Bu da son
-
İdman11:24UEFA "Qarabağ"a neçə milyon ödəyib? - AFFA AÇIQLADI
-
Köşə09:12Azərbaycanda məmurdan sensasion etiraf: Tapşırıqla...
-
Avropa08:48Şahzadə Harri qadın jurnalistə görün nə yazıb - İlk görüşdən sonra...
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj







.jpg)







.webp)


















