İdman
"Barselona"nın KDÇ-2029 planı: Bu dəfə mundiala qatıla biləcəklər?
“Barselona” 2029-cu ildə keçiriləcək klublararası dünya çempionatında (KDÇ) iştirakla bağlı planlar qurur.
Publika.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Hazırkı vəziyyətə əsasən, kataloniyalılar turnirə vəsiqə qazanmaq baxımından yaxşı mövqedədirlər. Klublararası dünya çempionatına seçmə mərhələsində 2024/25-dən 2027/28 mövsümünədək Çempionlar Liqasındakı nəticələr nəzərə alınacaq.
“Barselona” 2021/22 və 2022/23 mövsümlərində avrokuboklarda erkən vidalaşdığı üçün çətinliklərlə üzləşmişdi və bu vəziyyətdən “Atletiko” faydalanmışdı. Lakin bu dəfə vəziyyət fərqlidir.
Hazırda “Barselona” İspaniya klubları arasında güclü mövqedədir. Komanda ümumi reytinqdə 63 xalla üçüncü pillədə qərarlaşıb. Yalnız “Arsenal” (71 xal) və “İnter” (66 xal) kataloniyalılardan öndədir. “Barselona” həmçinin “Real”ı (45 xal) və “Atletiko”nu (43 xal) əhəmiyyətli dərəcədə qabaqlayır.
Keçən mövsüm Çempionlar Liqasında yarımfinala yüksəlməsi və cari mövsümdə 1/8 finala vəsiqə qazanması dördillik dövr üzrə “Barselona”nın şanslarını xeyli artırıb.
Klublararası Dünya Çempionatının hazırkı qalibi “Çelsi”dir. London klubu ötən ilin yayında keçirilən finalda PSJ-ni məğlub edərək turnirin ilk qalibi olub.
Heybət
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial3 Aprel 19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto
-
Nəqliyyat3 Aprel 19:00Yeni ödənişli yolun qiyməti nə qədər olacaq? - Tarif Şurasından açıqlama
-
Digər3 Aprel 18:50Günəşdə güclü partlayış baş verdi
-
Sosial3 Aprel 18:20Nizami Kino Mərkəzində vandalizm edənlərin kimliyi məlum oldu
































