İdman
Olimpiya çempionuna dopinqə görə bu cəza verildi
Almaniya Milli Antidopinq Agentliyinin (NADA Germany) məlumatına görə, 2022-ci il Olimpiya oyunlarının çempionu, alman xizəkçi Viktoriya Karl dopinq pozuntusuna görə Almaniya İdman Arbitraj Məhkəməsi (DIS) tərəfindən 18 ay müddətinə diskvalifikasiya edilib.
Publika.az xəbər verir ki, alman xizəkçinin müvəqqəti diskvalifikasiya müddəti də daxil olmaqla, qadağası 25 noyabr 2026-cı ildə başa çatacaq. Onun 26 mart – 26 may 2025-ci il tarixləri arasında qeydə alınan bütün nəticələri ləğv edilib. Karl qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti vermək hüququna malikdir.
Xatırladaq ki, 2025-ci ilin mart ayında Qış Hərbi Dünya Oyunlarında Karlın dopinq nümunəsində qadağan olunmuş maddələr siyahısında olan klenbuterol aşkar edilmişdi.
-
Sosial08:24Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş
-
İdman05:45Dopinqə icazə verilən ilk turnir: Dünya rekordu qırdı, 1 milyon qazandı
-
ABŞ04:30ABŞ İrana 30 gün vaxt verəcək...
-
Hadisə03:19Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar vaxtıdır
-
Region01:40İranda partlayış səsləri eşidildi
-
Sosial25 May 23:15Bəzi şəxslərə pulsuz mənzillər veriləcək




































