İdman
FİFA dinc dayanmır: DÇ-də komanda sayı yenə artırılır?
FİFA dünya mempionatını 64 komandaya qədər genişləndirmək təklifini nəzərdən keçirir.
Publika.az xəbər verir ki, təşkilat artıq bu addımın mümkün üstünlükləri və mənfi tərəfləri barədə müzakirələrə başlayıb. FİFA prezidenti Canni İnfantino da daxil olmaqla bir sıra rəsmilər hesab edir ki, belə bir genişləndirmə turnirə qlobal marağı əhəmiyyətli dərəcədə artıracaq və bu, eyni zamanda ilk dünya çempionatının 100 illiyinə təsadüf edə bilər.
Lakin bəzi FİFA nümayəndələri artıq sıx qrafik, oyunçuların fiziki gərginliyi və peşəkar klubların mümkün etirazları barədə narahatlıqlarını ifadə ediblər. Təklif olunan formata görə, 64 ölkə 4 komandadan ibarət 16 qrupa bölünəcək və hər qrupun ilk iki komandası 32-liyə qrup mərhələsinə yüksələcək.
Bu mümkün dəyişiklik DÇ-2026-dan sonra üçün nəzərdə tutulur. Həmin turnir Meksika, ABŞ və Kanadada keçiriləcək və artıq 48 komandadan ibarət genişləndirilmiş formatda oynanacaq.
-
Sosial08:24Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş
-
İdman05:45Dopinqə icazə verilən ilk turnir: Dünya rekordu qırdı, 1 milyon qazandı
-
ABŞ04:30ABŞ İrana 30 gün vaxt verəcək...
-
Hadisə03:19Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar vaxtıdır
-
Region01:40İranda partlayış səsləri eşidildi
-
Sosial25 May 23:15Bəzi şəxslərə pulsuz mənzillər veriləcək




































