İdman
Ronaldonun boykotu bəhrə verdi: Benzemanın transferi bloklandı
Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) fransalı hücumçu Kərim Benzemanın “Əl-İttihad”dan “Əl-Hilala” transferi ilə bağlı danışıqları müvəqqəti olaraq dayandırıb.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Saşa Tavolieri “X” sosial media platformasında məlumat verib.
Mənbənin məlumatına görə, Ronaldonun fondun “Əl-Nəsr”ə əlavə transfer vəsaiti ayırmaq istəməməsindən narazılığı səbəbindən Benzema ilə müqavilə müvəqqəti olaraq ləğv edilib. Mediada əvvəllər portuqaliyalının oyunları boykot etməklə hədələdiyi bildirilirdi.
Bazar ertəsi, 2 fevral tarixində Ronaldo bu mövsüm ilk dəfə komandasının heyətində yer almadı. Portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanı Pro Liqasının 20-ci turunun “Ər-Riyad”la oyunu üçün heyətə daxil edilmədi. Xatırladaq ki, Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondu “Əl-Nəsr”, “Əl-İttihad”, “Əl-Hilal” və “Əl-Əhli” klublarına sahibdir.
-
Nəqliyyat19:00Yeni ödənişli yolun qiyməti nə qədər olacaq? - Tarif Şurasından açıqlama
-
Sosial18:20Nizami Kino Mərkəzində vandalizm edənlərin kimliyi məlum oldu
-
Yaxın Şərq17:33Regionda gərginlik artır: Bu ölkə xüsusi təyinatlılarını Yaxın Şərqə yeritdi
-
Rəsmi xronika16:10İlham Əliyev sərəncam imzaladı
-
Nida Təhlil 16:00Paşinyan Putinin üzünə “ağ oldu”: “Paks Rusiya” dönəmi bitir?
-
Yaxın Şərq15:54Dünyanı lərzəyə salan addım: İranda nüvə silahı... - Fətvaya ehtiyac olmayacaq
-
Nida Xəbər 14:50Hacıbala Abutalıbov Qaxdan qovuldu
-
İdman13:00Rövşən Nəcəf eyham vurdu: AFFA işlək qurumu ləğv edəcək?













.jpg)






















