MDB
Qonşularımızın Aİ-yə üzvlüyünə dözmək olmaz - Medvedyev
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev "Telegram" kanalında regionda gərginliyi artıracaq kəskin bəyanatlarla çıxış edib. O, Rusiyanın qonşusu olan ölkələrin Avropa İttifaqına (Aİ) daxil olmasına qarşı daha tolerant yanaşmamağa çağırıb.
Publika.az xəbər verir ki, Medvedyev Avropanın NATO daxilindəki ziddiyyətlər fonunda öz hərbi strukturunu yaratmaq planlarından bəhs edib.
Medvedyevin sözlərinə görə, Brüsseldəki "siyasi eybəcərlər" Aİ daxilində tamhüquqlu hərbi komponent yaratmağı ciddi şəkildə düşünürlər: "Aydındır ki, alyans daxilində İran kampaniyasının kəskinləşdirdiyi güclü ziddiyyətlər var. Bu, dünyanın mənzərəsini tamamilə dəyişir. Artıq Avropa İttifaqı sadəcə iqtisadi birlik deyil və o, çox sürətlə Rusiyaya qarşı düşmən kəsilmiş tamhüquqlu hərbi alyansa çevrilə bilər".
Rusiya rəsmisi vurğulayıb ki, mövcud şərait Moskvadan sərt addımlar tələb edir: "Nəyə işarə edirəm? Ona ki, qonşularımızın hərbi-iqtisadi Avropa İttifaqına üzv olmasına dözümlü yanaşmaqdan imtina etməyin vaxtı çatıb".
Medvedyev həmçinin Rusiya prezidenti Vladimir Putinin Ermənistan baş naziri Nikol Paşinyanla son danışıqlarındakı fikirlərini xatırladıb. O qeyd edib ki, Aİİ (Avrasiya İqtisadi İttifaqı) və Aİ üzvlüyü bir-biri ilə uzlaşmır.
Müəllif: Adəm
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi






































.jpg)
